Ötən il Zaqatalada aqrar sahədə məhsul istehsalı 14,5 faiz artıb.
Ötən il Zaqatala rayonunda iqtisadiyyatın əsas sahələri üzrə 431 milyon 94,1 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Məhsul və xidmətlərin 80,6 faizi istehsal, 19,4 faizi isə xidmət sahələrinin payına düşüb.
Ötən ilin yanvar-dekabr aylarında rayonda 170 milyon 427,2 min manatlıq sənaye, 163 milyon 807 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 13 milyon 110,9 min manatlıq tikinti işləri görülüb. Aqrar sahədə məhsul istehsalı əvvəlki illə müqayisədə 20 milyon 774,5 min manat və ya 14,5 faiz artıb.
2021-ci ildə rayonda informasiya və rabitə xidmətlərinin həcmi 15,6 faiz artaraq 2 milyon 957,6 min manat, ticarət və nəqliyyat vasitələrinin təmiri xidmətlərinin həcmi 7,2 faiz artaraq 77 milyon 875 min manat, nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin həcmi isə 4,6 faiz artaraq 2 milyon 916,4 min manat olub.