Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda əhalinin sayı açıqlanıb.

19 fevral 2022 | 16:00

Ötən il Zaqatala rayonunun əhalisi ilkin hesablamalara görə, 484 nəfər artaraq, 2022-ci il yanvarın 1-i vəziyyətinə 130 min 971 nəfərə çatıb. Onlardan 33 min 135 nəfəri şəhər, 97 min 836 nəfəri isə kənd yerlərində yaşayır. Əhalinin 64 min 700 nəfərini və ya 49,4 faizini kişilər, 66 min 271 nəfərini və ya 50,6 faizini qadınlar təşkil edir.

Ötən ilin yanvar-dekabr aylarında Zaqatala rayonunda 1353 uşaq dünyaya gəlib. Hesabat dövrü ərzində rayonda 896 ölüm halı qeydə alınıb. Əhalinin hər min nəfərinə doğum əmsalı 10,3, ölüm əmsalı isə 6,8 olub.

2021-ci ildə Qeydiyyat şöbəsi tərəfindən Zaqatalada 537 nikah və 168 boşanma halı rəsmiləşdirilib. Nikahların sayı əvvəlki illə müqayisədə 104 halda artıb, boşanmaların sayı isə 22 halda azalıb.

Keçidlər