Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı yazıçı Sabir Qurbanovun ""Dədə Qorqud" işığında Kəpənəkçi-qədim yurdum mənim" kitabının təqdimat mərasimi keçirilmişdir.

26 yanvar 2014 | 16:00

Zaqatalalı yazıçı Sabir Qurbanovun ""Dədə Qorqud" işığında Kəpənəkçi-qədim yurdum mənim" kitabının təqdimat mərasimi keçirilmişdir.

25 yanvar 2014-cü il tarixdə Zaqatala rayonunun Kəpənəkçi kəndində həmin kənd sakini-yazıçı Sabir Qurbanovun ""Dədə Qorqud" işığında Kəpənəkçi-qədim yurdum mənim" kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Elman Ramazanov, rayon ziyalılar, ağsaqqallar, rayon KİV-nin nümayəndələri və s. iştirak etmişlər. Tədbirdə çıxış edənlər yazıçı Sabir Qurbanovu növbəti kitabının işıq üzü görməsi ilə əlaqədar təbrik etmiş, yazıçı fəaliyyətində daha yüksək zirvələri fəth etməyin arzulamışlar. Sonra tədbirdə yazıçı Sabir Qurbanovun həyat və fəaliyyətini əks etdirən video lentə baxış keçirilmiş və şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.     

Keçidlər