Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada 2022-ci ildə dini sahədə qarşıda duran vəzifələr müzakirə edilib

24 yanvar 2022 | 16:00

Yanvarın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti və rayon Qazılığının birgə təşkilatçılığı ilə 2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov və səlahiyyətli nümayəndəsi Rasim Musayev, dini icma sədrləri, eləcə də din xadimləri iştirak ediblər.

Çıxışlarda DQİDK və digər müvafiq qurumlar tərəfindən 2021-ci il ərzində görülən işlərdən bəhs olunub. Eyni zamanda, ötən il ərzində Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələri, müəyyənləşdirilmiş qaydalar dindarlara izah olunub. Bildirilib ki, ötən dövr ərzində məscidlərdə və digər ibadət yerlərində qaydalara riayət olunmasına ciddi nəzarət həyata keçirilib.

Keçidlər