Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala Heydər Əliyev Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

19 yanvar 2022 | 16:00

Qan yaddaşımıza silinməz faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda, xalqımızın tarixində qəhrəmanlıq səhifəsidir. Həmin müdhiş gecədə şəhid olan Vətən oğulları Azərbaycanın tarixinə şanlı səhifə yazıblar.

20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar yanvarın 19-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən “Unudulmayan qan yaddaşımız” adlı tədbirdə səsləndirilib.

Çıxış edənlər 20 Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər barədə danışıb, faciənin acı nəticələrini konkret faktlarla diqqətə çatdırıblar. Vurğulanıb ki, 20 Yanvar hadisəsi xalqımız üçün təkcə böyük faciə deyildir. Qanlı Yanvar, eyni zamanda, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixində qəhrəmanlıq salnaməsidir.

 

Keçidlər