Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada heyvandarlıq məhsullarının istehsalı artıb

11 yanvar 2022 | 16:00

Ötən il Zaqatala rayonunda bütün növ heyvandarlıq məhsulları istehsalında dinamik artım qeydə alınıb. Belə ki, ötən il rayonda 9 min 491,1 ton diri çəkidə ət, 43 min 857,3 ton süd, 23 milyon 291 min ədəd yumurta, 302,8 ton yun istehsal olunub. Əvvəlki illə müqayisədə ət istehsalı 38,3 ton, süd istehsalı 158 ton, yumurta istehsalı 253 min ədəd, yun istehsalı isə 1,8 ton artıb.

 İstehsal olunan diri çəkidə ətin 9 min 434,2 tonu, südün isə 43 min 835,1 tonu əhali və sahibkar təsərrüfatlarının payına düşür. Rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində isə ötən il 56,9 ton ət, 22,2 ton süd istehsal olunub.

Bu il yanvarın 1-i vəziyyətinə rayonun təsərrüfatlarında 59 min 365 baş iribuynuzlu mal-qara, o cümlədən 28 min 935 baş inək və camış, 137 min 537 baş qoyun və keçi olub.

 

Keçidlər