Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalılar yeni təqvim ilini yüksək əhval-ruhiyyə ilə qarşılayırlar

01 yanvar 2014 | 16:00

Zaqatalalılar yeni təqvim ilini yüksək əhval-ruhiyyə ilə qarşılayırlar

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Zaqatala şəhərindəki “Qala düzü” şadlıq sarayında “Arzuların qanadında” adlı bayram tədbiri keçirilmişdir. Tədbirdə rayon fəalları, ağsaqqal və gənclər, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri iştirak etmişlər. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tədbir iştirakçılarının simasında bütün zaqatalalıları əlamətdar bayramlar – 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək, 2013-cü ilin Azərbaycan xalqı, eləcə də zaqatalalılar üçün çox uğurlu olduğunu bildirmişdir. Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində son illər Azərbaycanın bütün bölgələrinin, o cümlədən Zaqatala rayonunun sosial-iqtisadi və mədəni həyatında böyük dəyişikliklər baş vermiş, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır. Tədbirdə çıxış edənlər xalqımıza və rayon sakinlərinə 2014-cü ildə daha böyük nailiyyətlər arzulamışlar.
Bayram tədbiri mədəniyyət işçilərinin hazırladıqları rəngarəng konsert proqramı ilə davam etmişdir.

Keçidlər