Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı gənclərə “Şəxsi inkişaf təlimləri” layihəsi təqdim edilib

25 dekabr 2021 | 16:00

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyi rayon gənclərinə “Şəxsi inkişaf təlimləri” adlı layihə təqdim edib. Layihə çərçivəsində şəxsi inkişaf mentoru Şahnaz Şıxnəsirli zaqatalalı gənclərin qonağı olub.

Təlim zamanı gənclərə “Karyera nədir?”,  “İşlə karyera arasındakı fərq nədir?”, “Karyera necə seçilməlidir?” və digər mövzular barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda təlimdə iştirak edən hər bir gəncə doğru karyera yolunu tapmaq üçün tövsiyələr verilib.

 

Keçidlər