Şriftin ölçüsü :

Saytın rəngi :

“Zaqatala AGRO İndustry” MMC indiyədək Rusiyaya 169 tondan çox quru tütün ixrac edib

24 dekabr 2021 | 16:00

Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin bu il istifadəyə verilən tütünqurutma məntəqəsində cari mövsümdə 671 ton quru tütün istehsal edilib. Alıcı şirkətlərlə bağlanmış müqaviləyə əsasən bu günədək Rusiya bazarlarına 169 ton 281 kiloqram quru tütün ixrac olunub və proses davam edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Zaqatala AGRO İndustry” MMC-dən məlumat verilib.

Qurumdan bildirilib ki, cəmiyyət tərəfindən builki mövsümdə Zaqatala rayonunda 300 hektar, Qaxda 365 hektar, Şəkidə 35 hektar olmaqla, ümumilikdə, 700 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Tütün istehsalı ilə bağlı bu rayonlarda 54 fermerlə müqavilə bağlanılıb. Mövsüm ərzində emal məntəqəsinə istehsalçılardan 5 min 387,8 tonadək yaşıl tütün kütləsi daxil olub. Builki mövsümdə emal məntəqəsinə Qax rayonunun fermerləri 2 min 619,8 ton, Zaqatala fermerləri 2 min 494,2 ton, Şəki fermerləri isə 273,7 ton yaşıl tütün kütləsi təhvil veriblər.

Keçidlər