Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı arıçılara 346 min manatdan çox subsidiya ödənilib

21 dekabr 2021 | 16:00

Zaqatala rayonunda 1514 təsərrüfatçı arıçılıqla məşğul olur. Hazırda rayonun arıçılıq təsərrüfatlarında 34 min 635 aktiv arı ailəsi var. Arıçılığın inkişafına göstərilən dövlət dəstəyinin nəticəsidir ki, 2021-ci ildə rayonda arıçılıq təsərrüfatlarının sayı əvvəlki illə müqayisədə 69 təsərrüfat, arı ailələrinin sayı isə 2618 ailə artıb.

Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, bu il Zaqatala rayonunda arıçılıqla məşğul olan təsərrüfatçılara dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 346 min 350 manat subsidiya ödənilib.

 Rayonun arıçılıq təsərrüfatlarında il ərzində 320 tonadək bal, 45 ton mum, 500 kiloqram çiçək tozu, 200 kiloqram vərəmum, 15 kiloqramadək arı südü və digər məhsullar istehsal olunur. Rayonun təbii iqlim şəraiti arıçılıq məhsulları istehsalının artırılmasına imkan verir.

 

Keçidlər