Şriftin ölçüsü :

Saytın rəngi :

Danaçı kəndində şəhid Ruslan Nəbiyevin xatirəsi anılıb

09 dekabr 2021 | 16:00

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən  döyüşlərdə qəhrəmancasına  şəhidlik zirvəsinə ucalmış Zaqatala rayonun Danaçı kəndindən olan Nəbiyev Ruslan Muhuma oğlunun şəhid olmasının birinci il dönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Anım tədbirində 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açılıb, zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışılıb.

Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, din xadimləri, təhsil işçiləri, məktəblilər,YAP Zaqatala rayon təşkilatının əməkdaşları  ilə bərabər Heydər Əliyev Mərkəzinin əməkdaşlarıda iştirak etmişdir.Tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etmiş, məzarları önünə gül dəstələri düzərək şəhidlərin ruhuna dualar oxumuşdur.

Keçidlər