Şriftin ölçüsü :

Saytın rəngi :

Tarix Muzeyində şəhid mayor Şixamir Qaflanovun şəxsi əşyaları qorunur

10 dekabr 2021 | 16:00

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Şixamir Qaflanovun şəxsi əşyaları qorunur.

Şixamir Qaflanov 1986-cı ildə Zaqatala rayonunda anadan olub. O, 1993-2004-cü illərdə Zaqatala rayonunda tam orta məktəbi bitirib. Sonra Ş.Qaflanov müddətli həqiqi hərbi xidmətdə olub. 2006-cı ildə ordu sıralarından tərxis olunan Ş.Qaflanov 2007-ci ilin aprel ayından Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etməyə başlayıb. O, 2008-ci ildə Daxili İşlər Nazirliyinin (DİN) nəzdində fəaliyyət göstərən Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinə daxil olub. 2010-cu ildə təhsilini başa vurub, leytenant hərbi rütbəsi alıb. Leytenant Şixamir Qaflanov Daxili Qoşunların “N” saylı hərbi hissəsində xidmətini davam etdirib. O, eyni zamanda, Türkiyənin İzmir şəhərində hərbi təhsil alıb.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin komandiri olmuş Şixamir Qaflanov Vətən müharibəsi zamanı tabeliyində olan şəxsi heyətlə birlikdə Cəbrayıl, Hadrut və Füzulinin azadlığı uğrunda döyüşlərdə iştirak edib. O, torpaqlarımızın azadlığı uğrunda düşmənə qarşı döyüşlər zamanı oktyabrın 19-da şəhidlik zirvəsinə ucalıb.

Mayor Şixamir Qaflanov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Keçidlər