Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərpoçt”un Zaqatala filialı əhaliyə 35 növ poçt xidməti göstərir

10 yanvar 2014 | 16:00

“Azərpoçt”un Zaqatala filialı əhaliyə 35 növ poçt xidməti göstərir

“Azərpoçt” MMC-nin Zaqatala filialının kollektivi 2013-cü ili uğurlu göstəricilərlə başa çatdırmışdır. İllik proqnoz tapşırıqlara artıqlaması ilə əməl edilmiş, filial üzrə 292 min manat tarif gəliri əldə olunmuşdur. Bu, illik proqnozda nəzərdə tutulduğundan 22 faiz çoxdur.  Əhaliyə göstərilən poçt xidmətlərinin keyfiyyətini daha da yaxşılaşdırmağa nail olan kollektiv səmərəli fəaliyyət göstərmiş, poçt göndərişlərinin ünvanlara vaxtında çatdırılması ciddi nəzarətdə saxlanmışdır. İl ərzində yerli poçt şöbələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Yeni il ərəfəsində Zaqatala şəhərindəki 4 nömrəli poçt şöbəsinin yeni binası istifadəyə verilmişdir. Ümumiyyətlə, son illər filialın 15 yerli poçt şöbəsi üçün yeni bina tikilmişdir. Hazırda rayon filialında əhaliyə 35 növ poçt xidmətləri göstərilir.

Keçidlər