Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada bu günədək vətəndaşlara 127 min dozadan çox vaksin vurulub

07 dekabr 2021 | 16:00

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Zaqatala rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Zaqatala Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında, həmçinin səyyar həkim briqadaları tərəfindən kənd həkim məntəqələrində həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Zaqatala rayonu üzrə vətəndaşlara 127 min 782 doza vaksin vurulub.

İndiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 59 min 145 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 54 min 463 nəfərdir. Bundan əlavə, Zaqatalada bu günədək 13 min 617 nəfərə “buster”, 557 nəfərə isə dördüncü doza vaksin vurulub.

Keçidlər