Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala məktəbliləri ulu öndər Heydər Əliyevin irsini dərindən öyrənirlər

06 dekabr 2021 | 16:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Zaqatala məktəblilərinin rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunur. Əsas məqsəd Ulu Öndərin zəngin irsinin daha dərindən öyrənilməsinə və təbliğ edilməsinə nail olmaqdır.

Məktəblilər əvvəlcə ekspozisiya zalında dahi rəhbərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinə həsr olunan sərgi və guşələrlə yaxından tanış olurlar.

Ekskursiya zamanı məktəblilər, həmçinin mərkəzin kinozalında Heydər Əliyevə həsr olunan sənədli filmə baxır, burada fəaliyyət göstərən elektron kitabxana, bədii qiraət, rəsm, rəqs və digər dərnəklərin işi ilə yaxından tanış olurlar.

Məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları dekabrın 13-dək davam edəcək.

Keçidlər