Zaqatalalı gənclərin velosiped idmanına marağı artır
29 noyabr 2021 | 16:00
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyi rayon gənclərinə yeni layihə təqdim edib. Azərbaycan Respublikası Gənclər Fondunun XV qrant müsabiqəsinin qalibi olan “Gənc velosipedçilər” İctimai Birliyi “Qalib Xalqın Sağlam Gəncləri” layihəsi çərçivəsində Zaqatala rayonunda velosiped idman növü üzrə nəzəri və praktiki təlimlər keçirib.
Layihənin məqsədi yeniyetmə və gənclər, o cümlədən şəhid və qazi övladları, həmçinin 29 yaşadək qazilər arasında velosiped idmanına marağı artırmaqdır.
Təlimlərdə fəal iştirak edən gənclərə diplomlar təqdim olunub.