Şriftin ölçüsü :

Saytın rəngi :

Şanlı Qələbənin ildönümü: Zaqatalalılar Zəfər Gününü qeyd edirlər

08 noyabr 2021 | 16:00

Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatan Vətən müharibəsində Zaqatala rayonunun igid oğulları da mərdliklə vuruşaraq tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Müharibənin ilk günlərindən böyük ruh yüksəkliyi ilə cəbhəyə yollanan yüzlərlə zaqatalalı könüllü gənc, həmçinin hərbi xidmətdə olan əsgər və zabitlər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşında şərəfli döyüş yolu keçib, qəhrəmanlıq göstəriblər.

Zəfər Günü münasibətilə noyabrın 8-də Zaqatala şəhərində “Tarixi Zəfərimiz qürur mənbəyimizdir” adlı ümumrayon tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə şəhər qəbiristanlığında şəhid məzarlarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Zəfər kompleksi önündə keçirilən tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Emin Bağırov, Vətən müharibəsi şəhidinin həyat yoldaşı Jalə İsrafilova və müharibə qazisi Asif Mahmudov çıxış edərək, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar.

Zəfər Günü münasibətilə rayon ərazisində ağacəkmə aksiyası keçirilib.

 

Keçidlər