Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala kitabxanaçıları şəhid anaları və qazilərlə görüşüblər

04 noyabr 2021 | 16:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında misli görülməmiş bir uğura imza atdı, 30 ildir işğal altında olan Qarabağ torpağı mənfur düşməndən birdəfəlik təmizləndi. Vətən müharibəsində qazanılan tarixi Qələbə, ilk növbədə, qəhrəman əsgər və zabitlərimizin böyük rəşadətinin təntənəsidir.

Kitabxana əməkdaşlarının, ziyalıların iştirak etdiyi tədbirin əvvəlində Birinci Qarabağ və Vətən müharibələrində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətindən, igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan söz açılıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan Vətən müharibəsinin müstəqillik və dövlətçilik tariximizin olduqca mühüm səhifələrindən biri olduğu diqqətə çatdırılıb. Çıxış edənlər Vətənini, xalqını ürəkdən sevən qəhrəman övladlar yetişdirdiklərinə görə şəhid analarının qarşısında hər zaman baş əydiklərini vurğulayıblar.

Görüşdə iştirak edən Birinci Qarabağ müharibəsində şəhid olmuş Zəfər Murtuzəliyevin anası Əzizə xanım, Vətən müharibəsi şəhidi Orxan Cumayevin anası Rahilə xanım, şəhid Elvin Məmmədovun anası Tahirə xanım Vətən uğrunda canlarından keçən qəhrəman övladları ilə fəxr etdiklərini bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Vətən müharibəsi qaziləri Şahin Səfərov, Camal Abakarov, müharibə iştirakçıları Kəmaləddin Rəşidov, Məhəmməd Buraqov və digərləri cəbhə təəssüratlarından, əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolundan söz açıblar.

Görüşdə kitabxananın oxucularının ifasında Vətənə, şəhidlərə həsr edilmiş mahnılar ifa olunub, şeirlər səsləndirilib.

Keçidlər