Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Zaqatala Məşğulluq Mərkəzinin köməyi ilə 595 nəfər işlə təmin olunmuşdur

11 yanvar 2014 | 16:00

Ötən il Zaqatala Məşğulluq Mərkəzinin köməyi ilə 595 nəfər işlə təmin olunmuşdur

Zaqatala Rayon Məşğulluq Mərkəzi əhalinin məşğulluğunun təmin olunmasında yaxından iştirak edir. Ötən il mərkəzin köməyi ilə 595 nəfər işlə təmin olunmuş, 15 nəfər kvota yerinə işə göndərilmiş, 40 nəfər ictimai işlərə, 30 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilmişdir.
Qeyri-məşğul əhalinin işlə təmin olunması istiqamətində tədbirlər ilboyu davam etdirilmişdir. İl ərzində quruma 1129 nəfər müraciət etmiş, 784 nəfər işaxtaran kimi qeydiyyata alınmışdır. Gənclərin peşə seçmələrinə kömək məqsədilə ötən il mərkəz tərəfindən “Gənclərin səmərəli məşğulluğunun təmin olunmasında peşəyönümü işinin təşkili”, “Düzgün ixtisas seçilməsində valideynlərin rolu”, “Məşğulluq xidməti orqanlarının fəaliyyətində sosial tərəfdaşların rolu” və digər mövzularda tədbirlər, “dəyirmi masa”lar keçirilmişdir. Bu cür tədbirlər cari ildə də davam etdiriləcəkdir.

Keçidlər