Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada kartof istehsalı ötən illə müqayisədə 148,5 ton artıb

27 oktyabr 2021 | 16:00

Zaqatala rayonunun təsərrüfatlarında kartof yığımı başa çatıb. Torpaq mülkiyyətçiləri builki mövsümdə 1595 hektar kartof sahəsindən 19 min 235,7 ton məhsul götürüblər. Hər hektar sahədə məhsuldarlıq 120,5 sentner təşkil edib. Kartof istehsalı əvvəlki illə müqayisədə 148,5 ton artıb.

Təsərrüfatlarda tərəvəz yığımı da başa çatıb. Torpaq mülkiyyətçiləri tərəvəz əkilmiş 2160 hektar sahədən 21 min 735,3 ton məhsul əldə ediblər. Tərəvəz istehsalı əvvəlki illə müqayisədə 75,1 ton artıb.

Keçidlər