Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada şəhid Elvin Məmmədovun xatirəsi anılıb

15 oktyabr 2021 | 16:00

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də Zaqatala şəhərindən olan Elvin Məmmədovdur. Oktyabrın 15-i şəhidin şəhadətə yüksəlməsinin bir ili tamam olur.

Şəhidin ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Sonra rayon rəhbərliyi şəhidin ailəsini evində ziyarət edib, ailə üzvlərinə mənəvi dəstək olublar.

Qeyd edək ki, Vətən müharibəsi başlananda könüllü olaraq cəbhəyə yollanan Elvin Məmmədov 2020-ci il oktyabrın 15-də Ağdərə istiqamətində gedən döyüşlərdə yaralı əsgər yoldaşlarını döyüş bölgəsindən çıxararkən qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi igidliyə görə, o, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Keçidlər