Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada heyvandarlıq məhsullarının istehsalı artıb

14 oktyabr 2021 | 16:00

Cari ilin yanvar-sentyabr aylarında Zaqatala rayonunda bütün növ heyvandarlıq məhsulları istehsalında dinamik artım qeydə alınıb. Belə ki, bu ilin 9 ayında rayonda 6 min 972,7 ton diri çəkidə ət, 32 min 419,4 ton süd, 17 milyon 404 min ədəd yumurta, 302,5 ton yun istehsal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 28,5 ton, süd istehsalı 193,7 ton, yumurta istehsalı 189 min ədəd, yun istehsalı isə 1,5 ton artıb.

İstehsal olunan diri çəkidə ətin 6 min 916 tonu, südün isə 32 min 402,8 tonu əhali və sahibkar təsərrüfatlarının payına düşür. Rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində isə 9 ayda 56,7 ton ət, 16,6 ton süd istehsal olunub.

2021-ci il oktyabrın 1-i vəziyyətinə rayonun təsərrüfatlarında 60 min 114 baş iribuynuzlu mal-qara, o cümlədən 29 min 18 baş inək və camış, 166 min 707 baş qoyun və keçi olub.

Keçidlər