Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada karantin rejimi ilə əlaqədar nəzarət tədbirləri gücləndirilib

06 sentyabr 2021 | 16:00

İri ticarət mərkəzlərində keçirilən yoxlamalar zamanı bəzi müştərilərin COVID-19 pasportu olmadan obyektə daxil olduğu aşkarlanıb. Həmin obyektlərin sahiblərinə ciddi xəbərdarlıq edilib, mövcud tələblər bir daha onların diqqətinə çatdırılıb. Əhalinin sağlamlığının qorunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl etməyin vacibliyi vurğulanıb.

Daha sonra mağazalarda davam etdirilən nəzarət tədbirləri nəticəsində tibbi maskadan istifadə etməyən və yaxud düzgün şəkildə istifadə etməyən satıcı və alıcılara rast gəlinib. Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər aparıb və sanitar-gigiyenik tələbləri izah ediblər. Qaydaları pozanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Dövlət yol polisi bölməsinin əməkdaşları keçirilən yoxlamalar zamanı isə taksilərdə şəffaf arakəsmələr quraşdırmayan şəxslər, eləcə də tənəffüs yollarını örtən fərdi vasitələrdən istifadə etməyən sərnişin və sürücülər müəyyənləşdirilib. Hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki, hər bir şəxs məsuliyyət hiss etməli, özlərinin və digərlərinin sağlamlığı üçün mövcud tələbləri anlayışla qarşılamalıdır.

Keçidlər