Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala Heydər Əliyev Mərkəzində “Nizami Gəncəvi İli” çərçivəsində silsilə tədbirlər təşkil olunur

06 sentyabr 2021 | 16:00

Zaqatala rayon Heydər Əliyev Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Dahilik zirvəsi – Nizami” adlı tədbir keçirilib. Tədbirdə rayon Mədəniyyət Mərkəzinin, Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyinin əməkdaşları və könüllülər iştirak ediblər.

Rayon Heydər Əliyev Mərkəzindən bildirilib ki, tədbirin rəsmi hissəsində dahi şairin həyat və yaradıcılığından, zəngin irsindən, “Nizami Gəncəvi İli” çərçivəsində həyata keçirilən silsilə tədbirlərdən ətraflı bəhs olunub.

Bədii hissədə isə şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Şagirdlər dahi şairin poemalarından səhnəciklər canlandırıb, qəzəllər söyləyiblər.

Keçidlər