Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada qarğıdalı yığımına başlanılıb

06 sentyabr 2021 | 16:00

Builki mövsümdə Zaqatala rayonunda 3 min 537 hektar qarğıdalı sahəsinin məhsulunun yığılması nəzərdə tutulur. Bir neçə gündür ki, təsərrüfatlarda qarğıdalı yığımına start verilib. Danaçı, Üçüncü Tala, Bəhmətli, Faldarlı, Qandax, Muğanlı, Dağlı kəndlərinin ərazilərindəki təsərrüfatlarda ilk günlər 150 hektaradək sahənin məhsulu yığılıb, 840 ton dən qarğıdalı tədarük olunub. Hələlik hər hektardan orta hesabla 56 sentnerədək məhsul götürülür.

Cari ildə rayonda 406 hektar sahədə dən və yaşıl yem üçün təkrar qarğıdalı da əkilib.

Qeyd edək ki, zaqatalalı fermerlər ötənilki mövsümdə 3 min 536 hektar qarğıdalı sahəsindən 19 min 970 ton məhsul əldə ediblər. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 232 ton artıb.

Keçidlər