Şriftin ölçüsü :

Saytın rəngi :

“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsi indiyədək istehsalçılardan 2173 ton yaş tütün qəbul edib

06 sentyabr 2021 | 16:00

Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin yeni istifadəyə verilən tütünqurutma məntəqəsində fermerlərdən yaş tütünün qəbulu davam edir. İndiyədək məntəqəyə istehsalçılardan 2173,3 ton yaşıl tütün kütləsi daxil olub.

Cəmiyyət tərəfindən bu ilki mövsümdə Zaqatala rayonunda 300 hektar, Qaxda 365 hektar, Şəkidə 35 hektar olmaqla, ümumilikdə, 700 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Tütün istehsalı ilə bağlı bu rayonlarda 54 fermerlə müqavilə bağlanılıb. Bu günədək emal məntəqəsinə Qax rayonunun fermerləri 1186,5 ton, Zaqatala fermerləri 848,4 ton, Şəki fermerləri isə 138 ton yaşıl tütün kütləsi təhvil veriblər.

Hazırda bu emal məntəqəsindəki 120 kameranın hamısına qurudulmaq üçün yaş tütün qoyulub. Hər kameraya bir dəfəyə 5-6 ton yaşıl tütün kütləsi yerləşdirmək mümkündür. Tütünün qurudulması prosesi 7-8 gün çəkir. Hər gün məntəqəyə orta hesabla 50-55 ton yaşıl tütün kütləsi daxil olur. Bu günədək emal məntəqəsində 170 ton quru tütün istehsal olunaraq anbara yığılıb.

Qeyd edək ki, builki mövsümdə cəmiyyətə məxsus tütün sahələrindən 11 min tonadək yaşıl kütlə yığılması, ondan 1800 ton quru tütün istehsal olunması proqnozlaşdırılır.

Keçidlər