Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda pandemiyaya qarşı mübarizəni gücləndirmək məqsədi ilə növbəti reydlər keçirilib.

26 avqust 2021 | 16:00

Zaqatala rayonunda  pandemiyaya qarşı mübarizəni gücləndirmək məqsədi ilə növbəti reydlər keçirilib.
Son günlər ölkə ərazisində COVID-19 infeksiyasına yoluxma sayının kəskin artması ilə əlaqədar Zaqatala Rayon İcra Hakimiyyəti və rayonun hüququ-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə keçirilən reydlər zamanı vətəndaşlara pandemiyaya qarşı mübarizədə qoruyucu vasitələrdən, xüsusilə tibbi maskalardan istifadə edilməsinin, gigiyena qaydalarına riayət olunmasının, sosial məsafənin saxlanılmasının, eyni zamanda, COVID-19 infeksiyasına qarşı peyvənd olunmanın vacibliyi bir daha ətraflı izah olunub. Sakinlərin diqqətinə çatdırılıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə düzgün riayət etmək hər kəsin vətəndaşlıq borcudur və bu qaydalara əməl etməyən şəxslər, qurumlar barəsində intizam tədbirləri həyata keçiriləcək.

Keçidlər