Zaqatalada “Sahibkar qadınların vergi biliklərinin artırılması” mövzusunda təlimlər keçirilib
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Ofisi tərəfindən həyata keçirilən “CIAT Paylaşımdır” Proqramı çərçivəsində Zaqatala şəhərində 13 saylı Ərazi Vergilər Baş İdarəsinin dəstəyi ilə “Sahibkar qadınların vergi biliklərinin artırılması” mövzusunda növbəti təlimi keçirilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Xidmətin Tədris Mərkəzinin əməkdaşları tərəfindən keçirilmiş təlimlərə regionda fəaliyyət göstərən 50-dən artıq qadın sahibkar qatılıb. Təlimlər zamanı sahibkarlara müxtəlif vergi növləri, habelə vergi hesabatlarının hazırlanması ilə bağlı nəzəri və praktiki izahlar verilib, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət məsələləri barədə məlumatlar diqqətə çatdırılıb. Təlimlərdə sahibkarların sualları cavablandırılıb, onları maraqlandıran məsələlərlə bağlı müzakirələr aparılıb.