Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada 145 nəfər könüllü qan verib

03 avqust 2021 | 16:00

Avqustun 3-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən növbəti qanvermə aksiyası zamanı 145 nəfər könüllü qan verib.
Zaqatala Rayon İcra Hakimiyyətindən  bildirilib ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının həkim briqadası tərəfindən həyata keçirilən aksiyanın əsas məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır.
Aksiyada rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, həmçinin sakinlər fəal iştirak ediblər. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Keçidlər