Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala şəhərində yeni poçt binası istifadəyə verilmişdir.

24 dekabr 2013 | 16:00

“Azərpoçt” MMC-nin Zaqatala filialının yerli poçt şöbələrinin bina şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.  Dekabrın 23-də Zaqatala şəhərinin “Qala düzü” yaşayış məhəlləsində 4 nömrəli şəhər poçt şöbəsi üçün müasir üslubda yeni bina tikilib istifadəyə verilmişdir. Rayon rəhbərliyinin, məhəllə sakinləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində çıxış edənlər ölkə əhalisinin müxtəlif növ xidmətlərlə, o cümlədən rabitə xidməti ilə təminatının yaxşılaşdırılması, həmçinin milli rabitənin inkişafı sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər barədə danışmışlar. Bildirilmişdir ki, hazırda filialın tərkibində 1 müştəri xidmətləri və 29 yerli poçt şöbəsi fəaliyyət göstərir. Filial rayon əhalisinə 35 növ poçt xidmətləri təklif edir. Diqqətə çatdırılmışdır ki, bu bina son illər rayonda yerli poçt şöbələri üçün inşa edilən sayca on beşinci binadır.
Çıxış edənlər şöbənin əməkdaşlarına əhaliyə göstərilən poçt xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması işində uğurlar arzulamışlar.
Rəmzi lent kəsildikdən sonra yeni binaya baxış olmuşdur. Yeni avadanlıq və texniki vasitələrlə təchiz edilmiş binada əhaliyə geniş çeşiddə poçt xidmətləri göstərmək üçün hər cür şərait yaradılmışdır. Şöbə ərazidə yaşayan min nəfərə yaxın sakinə xidmət göstərəcəkdir.

Keçidlər