Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada Qurban bayramı ilə əlaqədar kəsim və satış məntəqələri təşkil olunub.

21 iyul 2021 | 16:00

Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə iyulun 20-21-də Zaqatala rayonunda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub.

Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı, rayon icra hakimiyyətinin dəstəyi ilə təşkil olunan heyvan kəsimi və satışı yerlərində sifarişçilərə baytar nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar təqdim olunub.

Bayramdan 2-3 gün əvvəl rayonda fəaliyyət göstərən kəsim məntəqələrində və satış yerlərində dezinfeksiya işləri aparılıb. Məntəqələrdə qurbanlıq heyvanların kəsimi baytarlıq nəzarəti altında şəriət qaydalarına uyğun şəkildə həyata keçirilib. İyulun 20-də 1 nömrəli kəsim məntəqəsində 11 baş xırdabuynuzlu və 17 baş iribuynuzlu qurbanlıq heyvanın kəsimi aparılıb. İyulun 21-də isə günorta saatlarınadək bu məntəqədə 12 baş iribuynuzlu heyvan kəsilərək sifarişçilərə təqdim olunub. Ümumiyyətlə, bayramın birinci günündə Zaqatala rayonundakı kəsim məntəqələrində 33 baş iribuynuzlu və 21 baş xırdabuynuzlu heyvanın kəsimi aparılıb.

Kəsim məntəqəsinə gətirilən heyvanlar əvvəlcə həkim tərəfindən müayinə olunur, heyvanın sağlamlığı müəyyənləşdirilir. Sonra heyvan kəsim məntəqəsinə buraxılır. Kəsildikdən sonra heyvan cəmdəkləri baytar həkimi tərəfindən təkrar müayinə olunur. Müayinə və baytarlıq ekspertizası aparıldıqdan sonra ekspertiza aktı və heyvanın sağlamlığına dair arayış verilir.

Keçidlər