Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər müasir tariximizə dövlətçiliyimizin xilaskarı və qurucusu kimi daxil olub

15 iyun 2021 | 16:00

Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ikinci dəfə Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra xalqımızı qardaş qırğınından, vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas edib, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, banisi və qurucusu kimi daxil olub.

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Zaqatala Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdə vurğulanıb ki, həyatda elə əlamətdar günlər, hadisələr var ki, ölkənin, milyonlarla insanın taleyində, müqəddəratında həlledici rol oynayaraq bütöv bir xalqın yaddaşına əbədi həkk olunur, tarixinə qızıl hərflərlə yazılır. Azərbaycan üçün 1993-cü ilin 15 iyunu məhz belə tarixi hadisələrdəndir. Həmin əlamətdar tarixi gün ümummilli lider Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışı, dövlətçiliyimizin xilas anının başlanğıcı, milli qurtuluş günüdür

Keçidlər