Zaqatalada bu günədək vətəndaşlara 30 min dozadan çox vaksin vurulub
Zaqatala rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi rayon mərkəzi xəstəxanasının infeksion xəstəliklər şöbəsinin binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Zaqatala rayonu üzrə vətəndaşlara 30 min 481 doza vaksin vurulub.
Vaksinasiyanın keçirilməsi üzrə rayon icra hakimiyyətində yaradılan qərargahdan bildirilib ki, indiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 18 min 419 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 12 min 62 nəfərdir. Yaş qrupları üzrə bu günədək Zaqatala rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 5 min 197 doza, 50-65 yaş arasında vətəndaşlara 14 min 185 doza, 50 yaşadək vətəndaşlara isə 11 min 99 doza vaksin vurulub.