Zaqatalada yaş barama tədarükünə başlanılıb
03 iyun 2021 | 16:00
Zaqatala rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. İyunun 3-də, mövsümün ilk günündə Danaçı, Makov kəndlərinin və Əliabad qəsəbəsinin kümçüləri rayonda yeni istifadəyə verilən Baramaqurutma Müəssisəsinə 200 kiloqramadək yaş barama təhvil veriblər. Kümçülərdən yaş baramanın qəbulu “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilib.
Builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 10 ton artırılaraq, 46 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirmək üçün 271 kümçü ilə müqavilə bağlanılıb, onlara 1150 qutu, yəni 21 kiloqram 850 qram ipəkqurdu paylanılıb.