Zaqatalada bu günədək vətəndaşlara 24 min 417 doza vaksin vurulub
Zaqatala rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi rayon mərkəzi xəstəxanasının infeksion xəstəliklər şöbəsinin binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Zaqatala rayonu üzrə vətəndaşlara 24 min 417 doza vaksin vurulub.
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini, vaksinasiyanın keçirilməsi üzrə yaradılan qərargahın üzvü Vəfa Süleymanova bildirib ki, indiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 13 min 118 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 11 min 299 nəfərdir.
Yaş qrupları üzrə bu günədək Zaqatala rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 4 min 917 doza, 50-65 yaş arasında vətəndaşlara 12 min 704 doza, 50 yaşadək vətəndaşlara isə 6 min 796 doza vaksin vurulub.