Şriftin ölçüsü :

Saytın rəngi :

“Zaqatala AGRO İndustry” MMC tərəfindən indiyədək şimal-qərb rayonlarında 545 hektarda tütün əkilib

14 may 2021 | 16:00

Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC tərəfindən Zaqatala, Qax və Şəki rayonlarının təsərrüfatlarında tütün şitillərinin sahələrə köçürülməsi işi mütəşəkkil davam etdirilir. Şirkət tərəfindən bu il Zaqatalada 264 hektar, Qaxda 347 hektar, Şəkidə 25 hektar olmaqla, ümumilikdə, 636 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. Fermerlər indiyədək 545 hektar sahəyə tütün şitilləri köçürüblər.

Qurum rəsmisinin sözlərinə görə, tütün istehsalı ilə bağlı bu rayonlarda 52 fermerlə müqavilə bağlanılıb, onlara şitil yetişdirmək üçün pulsuz toxum verilib. Tütün istehsalçılarını şitillə təmin etmək üçün məntəqənin özündə də ümumi sahəsi 12 min 256 kvadratmetr olan 48 ədəd istixana quraşdırılıb. Fermerlər tərəfindən indiyədək Qaxda 299 hektar, Zaqatalada 221 hektar, Şəkidə isə 25 hektar sahəyə “Virciniya botaniki” növlü tütün şitilləri köçürülüb. Torpaq mülkiyyətçilərinin işini asanlaşdırmaq məqsədilə müəssisəyə Türkiyədə istehsal olunan 7 ədəd şitilvuran aqreqat da gətirilib və hazırda fermerlərin istifadəsindədir.

Keçidlər