Şriftin ölçüsü :

Saytın rəngi :

Z.Əliyeva adına Texniki Fənlər liseyində “Uşaq hüquqları” mövzusunda dəyirmi masa keçirilmişdir.

21 noyabr 2013 | 16:00

Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixlərində  Respublikamızda olduğu kimi Zaqatalada da uşaq hüquqları aylığı çərçivəsində bir sıra silsilə tədbirlər həyata keçirilmişdir. Rayonda uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə Z.Əliyeva adına Texniki Fənlər liseyində  “Uşaq hüquqları” mövzusunda dəyirmi masa  keçirilmiş, bağça yaşlı uşaqların iştirakı ilə “Mən öz hüquqlarımı və vəzifələrimi bilirəm ”  adlı tədbir təşkil edilmişdir.  Uşaq Yaradıcılıq Mərkəzində bu mövzuda rəsm müsabiqəsi, Mərkəzi Kitabxanalar Sistemində isə inşa müsabiqəsi təşkil olunmuş, rayon İncəsənət məktəbində qəyyum- himayəyə verilən uşaqlar üçün konsert proqramı hazırlanmışdır.
Rayonda erkən nikah hallarının baş verməsinin qarşısının alınması  məqsədilə  “Erkən nikahın fəsadları”  mövzusunda Mərkəzi rayon xəstəxanasında, rayonun iri yaşayış məntəqəsi  olan Muxax kəndində maarifləndirici tədbir təşkil olunmuş, Yerli “Aygün” TV və Zaqatala  qəzeti vasitəsilə uşaqlara həsr olunmuş silsilə verilişlərin verilməsi təmin edilmişdir.

Keçidlər