Zaqatalada bu günədək vətəndaşlara 18 min 843 doza vaksin vurulub
Zaqatala rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi rayon mərkəzi xəstəxanasının infeksion xəstəliklər şöbəsinin binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Zaqatala rayonu üzrə vətəndaşlara 18 min 843 doza vaksin vurulub.
İndiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 11 min 736 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 7 min 107 nəfərdir.
Yaş qrupları üzrə bu günədək Zaqatala rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 4 min 373 doza, 50-65 yaş arasında vətəndaşlara 10 min 523 doza, 50 yaşadək vətəndaşlara isə 3 min 947 doza vaksin vurulub.