Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalanın kitabxanalarında “Nizami Gəncəvi İli” çərçivəsində silsilə tədbirlər keçirilir

08 aprel 2021 | 16:00

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi klassik ədəbi irsimizə verilən yüksək dəyərin bariz nümunəsidir. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizaminin əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən parlaq incilərini təşkil edir.

Bu fikir Zaqatala rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə keçirilən “Nizaminin həyatı və nəsihətləri” mövzusunda tədbirdə səsləndirilib.

Onlayn formatda keçirilən tədbiri Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülniyar Məmmədova açaraq, “Nizami Gəncəvi İli” çərçivəsində rayonun kitabxana filiallarında, o cümlədən dahi şairin adını daşıyan Mərkəzi Kitabxanada həyata keçirilən silsilə tədbirlər barədə məlumat verib. MKS-nin direktoru bu mövzuda tədbirlərin ilin sonunadək davam etdiriləcəyini bildirib.

Tədbirdə “Əsrlərə yadigar qalmış ad – Nizami Gəncəvi”, “Nizaminin ailə həyatı”, “Nizaminin oğluna və oxucuya nəsihəti”, “Xosrov və Şirin”, Leyli və Məcnun”, “Yeddi gözəl” əsərlərində oğlu Məhəmmədə nəsihəti” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Keçidlər