Zaqatalada indiyədək 4 min hektardan çox sahədə yazlıq bitkilər əkilib
Zaqatala rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 4074 hektar sahədə yazlıq əkin həyata keçiriblər. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 53 hektar çoxdur.
Bildirilib ki, məhsul istehsalçıları indiyədək 1229 hektarda kartof, 976 hektarda tərəvəz, 424 hektarda dən üçün qarğıdalı, 39 hektarda bostan bitkiləri əkib, 1406 hektara yonca səpiblər. Aprelin ortalarında tütün şitillərinin sahələrə köçürülməsinə başlanılacaq.
İdarədən verilən məlumata görə, bu ilin yanvar-mart aylarında Zaqatala rayonunda 1788,7 ton diri çəkidə ət, 9 min 463,4 ton süd, 4 milyon 351 min ədəd yumurta istehsal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,8 ton, süd istehsalı 47,5 ton, yumurta istehsalı 47 min ədəd artıb.