Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

01 aprel 2021 | 16:00

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı ictimai yerdə aktiv koronavirus xəstəsi aşkarlanıb.

Vətəndaş Mübariz İbrahimovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Polis əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı evə geri qaytarılıb.

M.İbrahimov barəsində Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Keçidlər