Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada soyqırımı qurbanlarının xatirəsi anılıb

31 mart 2021 | 16:00

Erməni millətçilərinin və onların havadarlarının iki əsrdən çoxdur ki, azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşib, soydaşlarımızın insan hüquqları kütləvi şəkildə pozulub. Erməni qəsbkarlarının həyata keçirdikləri terror və soyqırımı siyasətinin nəticələri təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başının üstünü qara kabus kimi bürüməklə, əsrlərboyu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxıb.

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Zaqatala Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və digər dövlət qurumlarının rəhbər şəxsləri soyqırımı qurbanlarının xatirəsinə Zaqatala şəhərində ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar.

Mərasimdə bildirilib ki, son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu siyasət nəticəsində yüz minlərlə günahsız soydaşımız qətlə yetirilib. Erməni millətçilərinin törətdikləri vəhşiliklər, zorakılıqlar xalqımızın yaddaşından heç vaxt silinməyəcək.

Keçidlər