Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımız Qələbə sevincini bizlərə yaşadan qəhrəman oğulları ilə hər zaman fəxr edir

23 mart 2021 | 16:00

Zaqatala rayon Heydər Əliyev Mərkəzinin, Olimpiya İdman Kompleksinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon nümayəndəliyinin əməkdaşları Novruz bayramı günlərində Aprel döyüşlərinin şəhidi Rəvan Nuriyevin, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Elvin Məmmədov və Abdurahman İsrafilovun ailələrinə baş çəkiblər.

Görüşlərdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açılıb, xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr etdiyi xüsusi vurğulanıb. Bildirilib ki, bu il xalqımız Novruz bayramını əvvəlki illərdən fərqli olaraq, böyük fəxrlə, qürurla qeyd edir. Bu sevinci bizlərə yaşadan qəhrəman övladlarımızla hər zaman fəxr edir, şəhidlərin müqəddəs ruhu qarşısında baş əyirik.

Şəhidlərin valideynləri onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər