Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada doqquz ayın yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.

23 oktyabr 2013 | 15:00

Zaqatala Rayon İcra Hakimiyyətində 2013-cü ilin doqquz ayında görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaqda cari ilin ötən dövrünün Zaqatala rayonu üçün də uğurlu keçdiyi qeyd olunmuş, sənaye, kənd təsərrüfatı, tikinti və sosial sahələrdə qazanılan nailiyyətlərdən bəhs edilmişdir. Bildirilmişdir ki, cari ilin 9 ayında rayon iqtisadiyyatı dinamik inkişaf etmiş, ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu 9,3 faiz, sənaye məhsulu 12,4 faiz artmışdır. Nəqliyyatda 2,9 faiz, rabitədə 2,8 faiz, ticarətdə 3 faiz, pərakəndə əmtəə dövriyyəsində 5,8 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmində isə 6,9 faiz artım qeydə alınmışdır. Ötən 9 ayda rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyalar 131 milyon manat, o cümlədən tikinti-quraşdırma işlərinə qoyulan investisiya 106,7 milyon manat təşkil etmişdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində doqquz ayda rayonda 826-sı daimi olmaqla 908 yeni iş yeri açılmışdır. Prezident İlham Əliyevin avqustun 17-də rayona səfəri çərçivəsində Bəhmətli kəndində Heydər Əliyev Fondunun vəsaiti ilə tikilmiş 600 şagird yerlik yeni məktəb binası və Zaqatala şəhərində “Tumurcuq” uşaq bağçası istifadəyə verilmişdir. Bundan əlavə, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində şəhərə və ətraf kəndlərə içməli suyun verilməsinə başlanmışdır. Diqqətə çatdırılmışdır ki, 2012-ci ilin mayında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması sahəsində tədbirlər davam etdirilmiş, cari ilin doqquz ayı ərzində 3960 şagird yerlik 11 məktəb binası istifadəyə verilmiş, 6 məktəb binasında bərpa-gücləndirmə işləri aparılmışdır. Nazirlər Kabinetinin ayırdığı vəsait hesabına zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş 9 uşaq bağçasında bərpa-gücləndirmə və tikinti işlərinə başlanmışdır. Eyni zamanda, indiyədək rayonun zəlzələdən zərər çəkmiş ərazilərində 3900 fərdi evin tikintisi başa çatdırılmışdır. İclasda bildirilmişdir ki, hesabat dövründə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması və tikintisi layihəsinin ikinci mərhələsi yekunlaşdırılmış, 103,5 kilometr uzunluğunda su və 120,2 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmişdir. Hazırda layihə çərçivəsində içməli su şəbəkəsində sayğacların quraşdırılması və çirkab su təmizləyici qurğular kompleksinin tikintisi davam etdirilir.
Yığıncaqda, həmçinin cari ilin doqquz ayında əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən də bəhs edilmiş, qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Keçidlər