8 Mart təbriki
Əziz Analar və bacılar!
Hər il martın 8-də tərəqqipərvər bəşəriyyət tərəfindən Beynəlxalq qadınlar günü kimi geniş şəkildə qeyd edilir. Dünya yaranandan Qadın ailənin və həyatın təməlidir. Əsrlər boyu Azərbaycan qadını öz zəkası, sədaqəti, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını ucaltmışdır. . Ötən il böyük tarixi Zəfərlə başa çatan, Qarabağımızın düşmən işğalından azad olunmasında şücaət və qəhrəmanlıq göstərmiş, igid və vətənpərvər oğulların yetişməsində Azərbaycan qadınlarının xidmətləri heç zaman unudulmayacaqdır. Bu bayram günündə bir daha şəhid analarının qarşısında ehtramla baş əyirik, qazilərimizin analarına cəmiyyətimizin dərin hörmətini bildiririk. Dünya bir daha şahid oldu ki, Azərbaycan qadınının dözümlülükdə, vətənpərvərlikdə, mənəvi ucalıqda tayı bərabəri yoxdur. Milli-mənəvi dəyərlərə tapınan Azərbaycan qadını daim yüksək mənəvi idealların, bütün dünyada sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasına çalışmışdır.
Müstəqil respublikamışda qadın hərəkatının genişlənməsi ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. Dövlət qadın siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində bu gün qadınlarımızın cəmiyyətdə yeri və nüfuzu daha da artmışdır. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir.
Zaqatala qadınları da həmişə cəmiyyətimizdəki fəal mövqeləri ilə fərqlənmişlər. Onlar yenə də fəallıqları ilə seçilir, müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verirlər. Bu gün rayonun ictimai, mədəni həyatını onlarsız təsəvvür etmək mümkün deyildir. Bütün nailiyyətlərimizdə qadınlarımızın xüsusi payı vardır. İnanırıq ki, qadınlarımız bundan sonra da bu fəallıqlarını azaltmayacaq, bütün sahələrdə öz bilik və bacarıqlarını Vətənin rifahı, ölkənin gələcəyi naminə sərf edəcəklər. Bayramınız mübarək, əziz Analar və bacılar!
Zaqatala Rayon İcra
Hakimiyyətinin başçısı
Mübariz Əhmədzadə