Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada bu günədək vətəndaşlara 5861 doza vaksin vurulub

27 fevral 2021 | 16:00

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Zaqatala rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi rayon mərkəzi xəstəxanasının infeksion xəstəliklər şöbəsinin binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvəndlənməsi mərhələli şəkildə həyata keçirilir. Bu günədək Zaqatala rayonu üzrə tibb işçilərinə, həmçinin yaşı 50-65 və 65-dən yuxarı olan vətəndaşlara ümumilikdə 5861 doza vaksin vurulub. O cümlədən ilkin mərhələdə rayonun səhiyyə müəssisələrində çalışan 1520 tibb işçisinə peyvəndin birinci dozası vurulub və hazırda onların təkrar peyvəndlənməsi yekunlaşmaq üzrədir. Strategiyaya əsasən, yaş kateqoriyaları üzrə indiyədək 65 yaşdan yuxarı 1434 vətəndaş, həmçinin 50-65 yaş arasında 2696 nəfər koronavirusa qarşı peyvənd olunub və proses davam edir.

Keçidlər