Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət sahəsində keçirilən tədbirlər

Heydər Əliyev ili çərçivəsində 04 May 2023 cü il tarixində Yengiyan kənd mədəniyyət evində "Sən ən böyük Zirvəsən"mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mübariz Əhmədzadə, rayon icra hakimiyyəti aparatının məsul işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, Şəki Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Aqaəli Cəlilov, Şəki Regional Mədəniyyət İdarəsinin rayon üzrə səlahiyyətli nümayəndəsi, Şəhid ailələri, qazilər və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

   

15.05.2023 cü il tarixində Şəki Regional Mədəniyyət İdarəsi, Zaqatala rayon Mədəniyyət mərkəzi,şəhid Ramiz Xəlilov adına Muxax kənd mədəniyyət evi Heydər Əliyev ili çərçivəsində 15 may-Beynəlxalq Ailə gününə həsr olunmuş, nümunəvi ailə başçısı olmuş Ümummilli lider Heydər Əliyevin nümunəvi ailə tablosuna həsr olunmuş "Ailə Dövlətin təməlidir"mövzusunda tədbir keçirilmişdir.
Təşkil olunmuş görüşdə şəhid ailələri, gənc ailələr və mədəniyyət işçiləri iştirak etmişdir.
Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala üzrə baş məsləhətçisi Fizzə xanım Mahmudova Ulu öndər Heydər Əliyevin ailə başçısı olaraq Azərbaycan xalqı üçün nümunə olduğunu, onun davamçısı ölkə prezidenti İlham Əliyevin gözəl ailəsindən, dövlətə nümunəvi rəhbərliyindən danışdı.
Şəhid anaları çıxış edərək gənc ailələrə xoşbəxtlik arzuladı.Dəvət olunmuş mədəniyyət işçiləridə ailə günü ilə bağlı çıxışlar etdilər.
 
 
 
14.07.2023-cü il tarixdə Dağlı kənd folklor evində 14 iyul
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi günü nə həsr olunmuş
"Əbədiyaşar Liderimiz" adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə Folklor evinin işçiləri, kənd icra nümayəndəliyinin işçiləri iştirak etdilər. Dəyirmi masa ətrafında Ulu Öndərin həyat və fəaliyyətindən, onun Azərbaycan üçün gördüyü işlərdən müzakirələr aparıldı. Tədbirdə kənd icra nümayəndəliyinin müavini Tural Xəlilov çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkənin həm siyasi həm də iqtisadi sahələrdə gördüyü işlərdən danışdı. Mədəniyyət işçiləri də dünya şöhrətli siyasətçi haqqında öz fikirlərini söylədilər.
 
 

Heydər Əliyev ili çərçivəsində Əliabad qəsəbə mədəniyyət evində "Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının qurucusudur"mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mübariz Əhmədzadə, rayon icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri , rayon ictimaiyyətinin nümayəndələri, Şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

     

 

2 avqust 2023-cü il tarixdə Zaqatala rayon Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı 1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan dili” adlı dəyirmi masa keçirilib.
Tədbir Zaqatala rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Mərkəzi Kitabxanalar Sisteminin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, ulu öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ulu öndərin ana dilimizin qorunması və inkişafı istiqamətində tarixi xidmətlərindən bəhs edən film nümayiş etdirilib və çıxışlar dinlənilib.
 
 
 
Zaqatala rayon Heydər Əliyev Mərkəzinin və GİKM-in Zaqatala nümayəndəliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar gənclərin asudə vaxtlarının və mədəni istirahətlərinin səmərəli keçirilməsi məqsədi ilə hər həftə sonları Heydər Əliyev Mərkəzinin həyətində açıq hava kinoteatrı təşkil edilir.
Növbəti filmin nümayişi 18 avqust 2023-cü il tarixdə həyata keçirilib.
 
 
 
"Heydər Əliyev ili" çərçivəsində Ümumilli lider Heydər Əliyevin dəyər verdiyi bir şairin-Bəxtiyar Vahabzadənin 98-ci il dönümündə xatirəsini andıq.
22.08.2023-cü il tarixində Zaqatala rayon Mədəniyyət Mərkəzinin direktoru Aybəniz Heydərova,bədii rəhbər Samirə Hümbətova,Yuxarı Tala kənd Sənətkarlıq evinin müdiri Pirdovus Zamanova,Danaçı kənd Folklor evinin metodisti Nəzakət Toloşova,Sabunçu kənd Sənətkarlıq klubunun müdiri Çiçək Rəcəbova,Yuxarı Tala kənd Mədəniyyət evinin təşkilatçısı Akif Əliyev tərəfindən Xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyi ziyarət olundu.Şəkinin ən qədim yurd yerlərindən olan,Yuxarı Baş Məhəlləsində,başdan başa nəhəng muzeyi xatırladan Bəxtiyar Vahabzadənin ev muzeyinə heyran qaldıq.Təbiətin füsunkarlığı,tarixin izi,mədəniyyət gözəlliyi burada cəmlənib.2015-ci ildə cənab prezident İlham Əliyevin sərəncamı ilə tikintisinə başlanmış,2017-ci ildə fəaliyyətə başlamış,2018-ci ildə təntənəli açılışı olmuşdur.Ev muzeyinin direktoru Elşən Zəkəriyəbəyli və muzey əməkdaşlarının səmimiyyəti və qonaqpərvərliyi bizləri heyran etdi.Bədii rəhbər Samirə Hümbətova tərəfindən "Muğam" poemasından parçalar,təşkilatçı Fərhad Abdurrahmanovun ifasında "Azərbaycan-Türkiyə" mahnısı muzeyə ərmağan olundu.
 
   
 
6 sentyabr 2023-cü il tarixdə Zaqatala rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Zaqatala Rayon İcra Hakimiyyəti, Balakən regional ASAN xidmət mərkəzi və Zaqatala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Birgəlik” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları ilk öncə Ümummilli Liderin həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilərək başlanan tədbiri giriş sözü ilə Mərkəzin direktoru Famil Rəhimov açıq elan edib.
Daha sonra çıxış edən Balakən regional ASAN xidmət mərkəzinin direktoru Amil Musayev və RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçıs Ramin Həsənov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar.
Daha sonra Balakən regional ASAN xidmət mərkəzinin könüllüləri tərəfindən dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Həmçinin könüllülərin vətənpərvərlik mövzusunda səsləndirdikləri mahnılar maraqla qarşılanıb.
Sonda Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
 
 
 
01.12.2023 - cü il tarixdə Yuxarı Tala mədəniyyət evində Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə "Zirvədə duran şəxsiyyət" başlığı altında yubiley tədbiri keçirilmişdir. Zaqatala İH - nin Başçısı Mübariz Əhmədzadə və aparat rəhbərləri, eləcə də Şəhid ailələri, qazilər, digər qonaqlar tədbirdə iştirak edirdi.
Tədbir açıq elan olunduqdan sonra Dövlət Himni səslənmiş,daha sonra Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükut elan olmuşdur. Çıxış edənlər Ulu Öndərin müstəqillik yolunda, eləcə respublikanın bütün sahələrdə inkişaf etməsində göstərdiyi müstəsna xidmətlərindən danışmışlar. H. Əliyev haqqında kompazisiya, biri-birini əvəz edən rəqs və mahnılar hər kəs tərəfindən alqışlarla qarşılanmışdır.
Tədbirdə 200 nəfər iştirak edirdi.
   
 
Keçidlər