Şriftin ölçüsü :

Saytın rəngi :

İdman sahəsində keçirilən tədbirlər

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mini-futbol çempionatı keçirilib

Zaqatala rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mini-futbol çempionatı keçirilib.

Keçirilən çempionatın məqsədi Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda ümummilli lider Heydər Əliyev irsinin təbliği, idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsindən ibarətdir.

Yarışın nəticəsinə görə, Ş.Qurbanov adına şəhər 3 nömrəli tam orta məktəbin komandası I yer, N.Aslanov adına Yengiyan kənd tam orta məktəbin komandası II yer, Sumaylı kənd tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Qalib komandalara diplom və medallar təqdim olunub.

   

29.05.2023-cü il tarixində Zaqatala rayon Gənclər və İdman İdarəsi və Əliabad qəsəbə bələdiyyəsinin birgə razılaşdırıldığı əsasnaməyə əsasən Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən Futbol üzrə Əliabad qəsəbə birinciliyinin açılış mərasimi keçirilmişdir.
 
     
 
11.06.2023-cü il tarixində Zaqatala rayon Gənclər və İdman İdarəsi və Zaqatala rayon İcra Hakimiyyətinin Dağlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin birgə təşkikatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü və Dağlı kənd şəhidlərinin əziz xatirəsinə həsr edilmiş 11 -12 yaşlı yeniyetmə gənclər arasında sərbəst güləş idman növü üzrə Zaqatala rayon birinciliyi təşkil edilmişdir.
Açılış mərasimində rayon Gənclər və İdman İdarəsini əməkdaşları ilə birlikdə, məşqçi müəllimlər, Zaqatala rayon İcra Hakimiyyətinin Dağlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi və Şəhid ailələri iştirak etmişdir. Yarışda 120 nəfər idmançı iştirak etmişdir.
Yarışın sonunda qaliblər medallarla və diplomlarla təltif edilmişdir.
 
   
 
25.06.2023-cü il tarixində sərbəst güləş idman növü üzrə yarışlarda nəticə əldə edən yeniyetmə idmançılar Zaqatala rayon Gənclər və İdman İdarəsi və Kebeloba Ərazi İcra Nümayəndəliyi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif edildi.
İdmançılarımızı bir daha təbrik edir və onlara karyeralarında uğurlar arzu edirik
 
   
 
07.07.2023-cü il tarixində Zaqatala rayon Gənclər və İdman İdarəsinin və Zaqatala rayon Əlibadan qəsəbə bələdiyyəsinin birgə təşkilatçılığı ilə Əliabad qəsəbə stadionunda "Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü"nə həsr edilən futbol üzrə tabunlararası Əliabad qəsəbə birinciliyinin final mərhələsi keçirilib.
Finalda qəsəbənin "Dəyirman" komandası və "Ayaks" komandası qarşılaşıb.Oyunda normal vaxt oyuna artırılan uzatma dəqiqələri 2-2 hesabı ilə başa çatıb.Nəticədə penalti zərbələrində rəqibinə 4-3 hesabı ilə qalib gələn "Dəyirman" komandası çempion olub.
Yarışın sonunda qalib komanda və 2-ci yerı çıxan komandanın futbolçuları, həmçinin çempionatda fərqlənən həvəskar futbolçular kubok, medal və diplomlarla təltif edilib.
 
 
 

16.08.2023-cü il tarixində Şəki -Zaqatala Regional Gənclər və İdman İdarəsinin Zaqatala rayonu üzrə Gənclər və İdman Sektorunun və Mosul kənd bələdiyyəsinin birgə razılaşdırdığı "Əsasnamə"yə uyğun olaraq "Ümummilli lider Heydər Əliyevin 100 illik yubleyi"nə həsr olunmuş futbol üzrə Zaqatala birinciliyinin final mərhələsi keçirilmişdir. Yarışda Əliabad qəsəbəsinin komandası I yerə, Yengiyan kəndinin komandası isə II yerə sahib olmuşdur. Qaliblər diplom və medallarla mükafatlandırılmışdır. Yarışların keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, gənclər arasında sağlam həyat tərzinin təbliği, onların asudə vaxtlarının səmərəli keçirilməsini təmin etməkdir.

 

4-5 sentyabr 2023-cü il tarixlərində Zaqatala Olimpiya İdman Kompleksində Ulu Öndər Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş Yeniyetmələr arasında Yunan-Roma və Sərbəst güləş üzrə Zaqatala rayon açıq birinciliyi keçirilib. Tədbirdə Bakı və ətraf rayonlardan 500-dən çox idmançı iştirak edib. Qaliblər Azərbaycan Güləş Federasiyasının Fəxri Fərman və diplomları ilə təltif edilmişlər.

   

11.09.2023 -cü il tarixində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Zaqatala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Zaqatala Olimpiya İdman Kompleksində "Ulu Öndər Heydər Əliyevin 100 İlliyi" çərçivəsində Bosketbol idman növü üzrə "Ən yaxşı bosketbolçu" adlı yoldaşlıq görüşü keçirilmişdir.
 
 
 
17 oktyabr 2023-cü il tarixində Şəki-Zaqatala Regional Gənclər İdman İdarəsinin Zaqatala rayonu üzrə Gənclər və İdman Sektorunun təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində "Heydər Əliyevin 100 illik yubileyi"nə həsr olunmuş azyaşlılar arasında atletika idman növü üzrə rayon birinciliyi keçirilmişdir. Yarışda uzununa atlama, uzununa top atma və qaçış üzrə (60 m, 200 m) tələbləri yerinə yetirən I, II və III yerlərin sahibləri Fəxri Fərmanlarla mükafatlandırılmışdır.
 
 
 
 
 
5 dekabr 2023-cü il tarixində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Zaqatala rayonu üzrə gənclər və idman sektoru tərəfindən "Heydər Əliyevin 100 illik yubleyi" nə həsr edilmiş həvəskar veteranlar arasında Zaqatala rayonu Aşağı Tala kənd 3 saylı tam orta məktəbin idman zalında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Yarışın qaliblərinə diplomlar verilmişdir.
 
 
 
 
Keçidlər