Şriftin ölçüsü :

Saytın rəngi :

Digər tədbirlər

16.02.2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının, Zaqatala RİH-nin və Zaqatala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” ilə əlaqədar mətbuat işçiləri ilə konfrans keçirilmişdir.

Konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini, Zəfər Kompleksini, Şəhidlər Xiyabanını ziyarət edərək gül dəstələri düzüblər.

İlk öncə Dövlət himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin, Türkiyədə zəlzələ nəticəsində həlak olan qardaş və bacılarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov bildirmişdir ki, Heydər Əliyev millətimiz və bəşəriyyət üçün həmişə bu gün və gələcək zaman deməkdir. Onun siyasi məktəbi daim öyrənmək və öyrətmək mənbəyi olaraq qalacaqdır. Ulu Öndər Heydər Əliyev hər zaman milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirib.

KİV nümayəndələri İlqar Həsənov, İbrahim İbrahimov, Əlmaniz Ələkbərov öz çıxışlarında qeyd etdilər ki, Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Heydər Əliyev və Azərbaycan mətbuatı əbədi bir mövzudur. Heydər Əliyev hər zaman mətbuata xoş münasibət bəsləyib. Heydər Əliyev Azərbaycan mətbuatı üçün böyük sərvət idi.

Partiya veteranı Tahir Məmmədov çıxışında qeyd etdi ki, Heydər Əliyev KİV nümayəndələrinə və jurnalistlərə həmişə diqqətlə yanaşmışdır. Ulu Öndərin rəhbər işlədiyi dövrdə KİV nümayəndələrinə və jurnalistlərə açıq və əlçatan olmuşdur. Heydər Əliyev çətin vaxtlarda ilk olaraq Azərbaycanda İKT-nin təmin olunmasına köməklik göstərmişdir.

Sonda çıxış edən RİHB-nın müavini, ictimai-siyasi və humanitar məsələləri şöbəsinin müdiri Vəfa Süleymanova çıxış edərək bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Dahi şəxsiyyət Heydər Əliyev mətbuatın, informasiyanın insanların vahid məqsədə yönəldilməsindəki səfərbəredici rolunu hamıdan yaxşı görürdü. Buna görə də mətbuata və jurnalistlərə xüsusi həssaslıqla yanaşırdı.

Sonda bir qrup mətbuat nümayəndələrinə Fəxri fərmanlar və hədiyyələrin təqdim edilib.

     

Ümummilli Lider Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının banisidir. Azərbaycançılıq ideologiyası məhz Ulu Öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl bir təlimə çevrildi və müstəqil dövlət ideologiyası səviyyəsinə qaldırıldı.

Bu fikirlər Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə martın 29-da Zaqatala şəhərində keçirilən “Heydər Əliyev və Azərbaycan məfkurəsi” mövzusunda konfransda səsləndirilib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir iştirakçıları konfransın keçirildiyi Heydər Əliyev Mərkəzinin foyesində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sərgiyə baxıblar.

Rayon rəhbərliyinin, şəhid ailələrinin üzvlərinin, ziyalıların, ağsaqqal və gənclərin iştirak etdikləri konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda “Heydər Əliyev və Azərbaycan məfkurəsi” mövzusunda məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən ətraflı bəhs edib. Bildirilib ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə müstəqil dövlətimizi qurmaq və onun gələcək inkişafının sağlam təməlini qoymaqla yanaşı, eyni zamanda, ölkə vətəndaşlarını səfərbər edən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd ətrafında birləşdirən milli təlim – azərbaycançılıq ideologiyasını yaradıb.

Konfransda rayon Ağsaqqallar Şurasının sədr müavini Tahir Məmmədov, şəhid atası Bəşir Məmmədov, sahibkar qadın Qəmər Hüseynova və rayon Ağbirçəklər Şurasının sədri Sona Qazıyeva çıxış edərək, bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Liderin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən bəhs edib, onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, heç vaxt yaddaşlardan silinməyəcəyini vurğulayıblar.

     

Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Azərbaycanın tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərin özünəməxsus rol oynadığının şahidi olarıq.

Bu fikir Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə aprelin 17-də rayon Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev Azərbaycan gəncliyinin ilham mənbəyidir” mövzusunda elmi-praktik konfransda səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Sonra Ümummilli Liderə və şanlı Zəfər tariximizə həsr olunan sərgiyə baxış olub.

Rayon rəhbərliyinin, ziyalıların, gənclərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransın əvvəlində Ulu Öndərin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Ümummilli Liderə həsr olunmuş film nümayiş etdirilib.

Konfransda Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Cövhərət İbrahimovanın “Heydər Əliyev Azərbaycan gəncliyinin ilham mənbəyidir” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, gənclər cəmiyyətin aparıcı təbəqəsi, gələcəyidir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə xüsusi diqqət və qayğı göstərməlidir. İctimai-siyasi və mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan Ulu Öndər Heydər Əliyev demokratik cəmiyyət quruculuğu prosesində gənclərin roluna həmişə xüsusi önəm verib. Ümummilli Lider gənclərlə bağlı məsələləri hər daim öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib.

Konfransda, həmçinin rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi İlqar Qədimovun “Heydər Əliyev və Azərbaycan gəncliyi”, rayon Polis Şöbəsinin məsul əməkdaşı Elşən Ramazanovun “Heydər Əliyev və Azərbaycan polisi”, Təhsil sektorunun nümayəndəsi Ceyran Əmirovanın “Heydər Əliyev və Azərbaycan təhsili”, Mərkəzi Xəstəxananın həkim-terapevti Aysel Şabanovanın “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzularında məruzələri dinlənilib.

   

6 May 2023-cü il tarixdə Zaqatala rayon Heydər Əliyev Mərkəzinin və Sərhəd Dəstəsinin birgə təşkilatçılğı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycan Dövlətinin qurucusu, Dövlət Sərhəd Xidmətinin yaradıcısıdır ” mövsusunda elmi-praktik konfrans keçirilib.

Tədbirə başlamazdan əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin həyatı, zəngin və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi mühüm işlərdən söhbət açıb. 2023-cü ilin müstəqil Azərbaycanın xilaskarı və qurucusu olan “Heydər Əliyev ili” elan edilməsi Heydər Əliyev izinin mənimsənilməsində xususi rol oynayacaqdır.

Daha sonra çıxış edənlər Zaqatala Sərhəd Dəstəsinin komandiri polkovnik Əli Əliyev, Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev, Mədəniyyət Mərkəzinin direktoru Aybəniz Heydərova, Akademik Zərifə Əliyeva adına Liseyin tarix müəllimi Vüqar İsrafilov vurğulayıblar ki, bu gün Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan öz Ümummilli Liderinin anadan olmasının 100-cü ildönümünü möhtəşəm tarixi Qələbə fonunda qeyd edir və hər gün yeni zirvələr fəth edir. Qeyd edilib ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun Prezident İlham Əliyevin uğurla davam etdirməsi faktı dayanır.

Sonda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilib.

   

Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə mayın 10-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin mədəniyyət və istirahət parkında ucaldılan abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olub, Ulu Öndərə həsr olunan sərgiyə baxıblar.

Yığıncağın əvvəlində Dövlət Himni səsləndirilib.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, həyatının məqsədi, başlıca amalı Azərbaycanın müstəqilliyi, doğma xalqının xoşbəxtliyi olan və bütün mənalı ömrünü bu məqsədə nail olunmasına sərf edən Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ümummilli Liderin mənəvi ömrünün 100-cü zirvəsindən ötən illərə baxdıqca XX əsrin 70-ci illərindən başlayaraq xalqımızın və dövlətimizin öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq.

Vurğulanıb ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb və milli dövlət quruculuğu, sabitliyin təmin edilməsi prosesi geniş vüsət alıb. Bir çox sahələrdə genişmiqyaslı islahatların, o cümlədən qanunvericilik islahatlarının həyata keçirilməsinə başlanılıb.

Qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin öz tarixində görünməmiş tərəqqi yoluna çıxmasını təmin edib. Otuz il ərzində işğal altında qalan torpaqlarımız hərbi-siyasi yolla düşmən tapdağından azad olunub. Əldə edilən uğurlar, hərtərəfli iqtisadi nailiyyətlər ölkəmizi regionda güc mərkəzlərindən birinə çevirib.

Sonda tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əsrin adamı 100” sənədli filmini izləyiblər.

Zaqatalada Ulu Öndərin 100 illik yubileyinə həsr olunan silsilə tədbirlər axşam saatlarında Heydər Əliyev adına istirahət parkında təşkil olunmuş konsert proqramı və atəşfəşanlıqla davam etmişdir.

   

Ulu Öndərin 100 illik yubileyi əlaqədar Heydər Əliyev Mərkəzində dahi rəhbərə həsr olunmuş sərgi keçirilmişdir. Sərgidə ulu öndərin həyat və fəaliyyətini əks etdirən şəkillər, kitab və jurnallar, foto stendlər nümayiş etdirilmişdir.

   

 

100 illik yubiley tədbirləri çərçivəsində rayonda, eləcədə şəhərin mərkəzində ağacəkmə və güləkmə aksiyası keçirilmişdir

   

   

Azərbaycan Respublikası Ailə , Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin ulu öndər Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş”Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”layihəsi çərçivəsində 12 iyun 2023-cü il tarixində Akademik Zərifə Əliyeva adına Texniki Fənlər Təmayüllü liseydə Rayon İcra Hakimiyyəti və Uşaq Səfirlər Məclisinin regional nümayəndələri tərəfindən “Küçə həyatına məruz qalan uşaqların reabilitasiyası” mövzusunda tədbir təşkil edilmişdir.

   

   

 

“Heydər Əliyev ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Zaqatala rayonunda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans başlayıb.

DQİDK və Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) rəhbər şəxsləri, dini konfessiya, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbir ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış nitqi ilə çıxış edən Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadə bildirib ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verən ölkədir. Rayondakı mövcud dini durum barədə məlumat verən M.Əhmədzadə vurğulayıb ki, milli-mənəvi dəyərlərimizə yad ideologiyaların zərərli təbliğatının qarşısının alınması, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində Komitənin həyata keçirdiyi tədbirlər əhali tərəfindən razılıqla qarşılanır.

DQİDK sədrinin müavini Səyavuş Heydərov çıxışında din sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri barədə məlumat verib. O, ölkəmizdə dini sabitliyin qorunub saxlanılması və dini maarifləndirmə sahəsində görülməsi zəruri olan məsələlərə də toxunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda formalaşan tolerantlıq və birgəyaşayış mühitinin ölkəmizi dünyada multikulturalizm mərkəzinə çevirdiyini qeyd edən sədr müavini dinlərarası harmoniya, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında da məlumat verib.

S.Heydərov vurğulayıb ki, Azərbaycanda radikal cərəyan mənsublarına qarşı mübarizədə bir sıra vasitələrdən istifadə edilir, ölkəmizdə bu sahədə praktiki yöndən işlər mühüm nəticələr verir. Dini maarifləndirmə işinin düzgün və səmərəli təşkili, cəmiyyətimizin müxtəlif din və millətlərin mənsublarının birgəyaşayış tərzinə olan münasibəti bu nəticələrin qazanılmasında həlledici rol oynayır. Dövlətimiz zəruri hallarda hüquqi aspektdən tələb olunan inzibati tədbirlər də həyata keçirməklə, bu nəticələrin effektivliyini daha da artırır.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamilə Əliyeva Azərbaycanın mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik ölkə olduğunu, bu səbəbdən də, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan ölkəmizin dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük mərkəzlərindən birinə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan dövlətinin bu sahədəki fəaliyyətində tolerantlıq və qarşılıqlı hörməti təşviq edən siyasət dayanır.

Dini radikalizmi cəmiyyətdə yayanların əsasən insanların dini savadsızlığından və dünyagörüşlərinin zəif olmasından istifadə etdiyini bildirən Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala rayon qazısı Malik Bilalov dini maarifləndirmənin və insanlarda sağlam dini təsəvvürlərin formalaşdırılmasının radikalizmlə mübarizədə böyük əhəmiyyətə malik olduğunu söyləyib.

Günün ikinci yarısında din xadimləri və dini icma sədrlərinin iştirakı ilə görüş keçirilib.

   

   

 

Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ikinci dəfə Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra xalqımızı qardaş qırğınından, vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas edib, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, banisi və qurucusu kimi daxil olub.
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Zaqatala Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə vurğulanıb ki, həyatda elə əlamətdar günlər, hadisələr var ki, ölkənin, milyonlarla insanın taleyində, müqəddəratında həlledici rol oynayaraq bütöv bir xalqın yaddaşına əbədi həkk olunur, tarixinə qızıl hərflərlə yazılır. Azərbaycan üçün 1993-cü ilin 15 iyunu məhz belə tarixi hadisələrdəndir. Həmin əlamətdar tarixi gün ümummilli lider Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışı, dövlətçiliyimizin xilas anının başlanğıcı, milli qurtuluş günüdür.
Çıxışlarda 1993-cü ilin iyununda respublikamızda baş verən ictimai-siyasi proseslərə geniş nəzər salınıb, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri bir daha xatırlanıb. Vurğulanıb ki, müstəqil respublikamızın son illər əldə etdiyi uğurlar birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub, onun layiqli davamçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artıb, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutub.
 
   
 

"Heydər Əliyev ili" ilə əlaqədar rayonda silsilə tədbirlər davam edir. Bu gün Heydər Əilyev Mərkəzində "Heydər Əliyev və ordu quruculuğu" mövzusunda çağırış yaşlı gənclər və peşəkar hərbiçilər, müharibə iştirakçıları və qazilərin iştirakı ilə tədbir keçirilmişdir.

   

  

 

Zaqatala Rayon İcra Hakimiyyətinin, YAP Zaqatala rayon təşkilatının və rayon ziyalılarının iştirakı ilə Heydər Əliyev Mərkəzində "Milli dövlətçiliyimizin xilaskarı" mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə ulu öndərin müstəqil Azərbaycanın quruculuğundakı əvəzsiz xidmətlərindən danışılmış, mövzu ətrafında müxtəlif çıxışlar dinlənilmişdir.

 

Heydər Əliyev Mərkəzində ulu öndərimiz Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı dəyirmi masa təşkil edilmişdir. Tədbirdə RİHB-nın müavini, İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə müəssisə və təşkilat rəhbərləri, Uşaq Səfirlər Məclisinin Zaqatala rayonu üzrə nümayəndələri və 11-16 yaşlı fəal məktəblilər iştirak etmişlər.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.
 
 
 
Zaqatala rayon Mədəniyyət Mərkəzində məktəbəqədər təhsil müəssisələrinin iştirakı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar uşaq yaradıcılıq festivalı keçirilmişdir.
 
   
   
 
Zaqatala İcra Hakimiyyəti, Zaqatala rayon Heydər Əliyev Mərkəzi və Rayon Mərkəzi Kitabxanalar Sisteminin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı 1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan dili” adlı dəyirmi masa keçirilib.
İştirakçılar əvvəlcə ulu öndərin abidəsini ziyarət edib, abidə önünə tər çiçəklər düzüb. Dəyirmi masada ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ulu öndərin ana dilimizin qorunması və inkişafı istiqamətində tarixi xidmətlərindən bəhs edən film nümayiş etdirilib və çıxışlar dinlənilib.
 
 
 
2 avqust 2023-cü il tarixdə Zaqatala rayon Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı 1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan dili” adlı dəyirmi masa keçirilib.
Tədbir Zaqatala rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Mərkəzi Kitabxanalar Sisteminin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, ulu öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ulu öndərin ana dilimizin qorunması və inkişafı istiqamətində tarixi xidmətlərindən bəhs edən film nümayiş etdirilib və çıxışlar dinlənilib.
 
   
 
31 avqust 2023-cü il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzinin və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Zaqatala rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında "Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi"nə həsr olunmuş film nümayiş etdirilib. Zaqatala rayonu üzrə Gənclər və İdman Sektorunun əməkdaşı tərəfindən iştirakçılara tədbirin keçirilməsində əsas məqsədin Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, yeniyetmə və gənclər arasında Ulu öndərin azərbaycançılıq ideologiyasını təbliğ etmək olduğu vurğulanıb.
 
   
 
6 sentyabr 2023-cü il tarixdə Zaqatala rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Zaqatala Rayon İcra Hakimiyyəti, Balakən regional ASAN xidmət mərkəzi və Zaqatala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Birgəlik” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları ilk öncə Ümummilli Liderin həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilərək başlanan tədbiri giriş sözü ilə Mərkəzin direktoru Famil Rəhimov açıq elan edib.
Daha sonra çıxış edən Balakən regional ASAN xidmət mərkəzinin direktoru Amil Musayev və RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçıs Ramin Həsənov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar.
Daha sonra Balakən regional ASAN xidmət mərkəzinin asan könüllüləri tərəfindən dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Həmçinin könüllülərin vətənpərvərlik mövzusunda səsləndirdikləri mahnılar maraqla qarşılanıb.
Sonda Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
 
     
 
28 sentyabr 2023-cü il tarixində Zaqatala rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi-tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır”adlı tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin neft strategiyasına həsr olunmuş video-çarx nümayiş olunub.
Daha sonra çıxış edənlər Heydər Əliyevin neft strategiyasının tarixi əhəmiyyətindən, onun ölkədə hərtərəfli inkişafa verdiyi töhfələrdən bəhs edib.
 
 
 
 
 
10 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbənin, Zaqatala Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Zaqatala rayon gənclər və idman sektorunun və Zaqatala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Yengiyan kənd tam orta məktəbində “Heydər Əliyev müasir Azərbaycanın qurucusu” mövzusunda seminar keçirilib.
Seminarda Zaqatala rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Nuranə Ramazanova "Heydər Əliyev müasir Azərbaycanın qurucusu" mövzusunda məruzə ilə çıxış edib.
 
   
 

2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından Şuşanın azadlığını xalqımıza Müzəffər Ali Baş Komandan olaraq müjdələyən İlham Əliyevin bu məqamı xüsusi vurğulaması bir oğul olaraq ata vəsiyyətini layiqincə yerinə yetirməsindən doğan xoşbəxtliyinin parlaq təcəssümü idi. Bu, həm də "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyə xalqa tarixi müraciətində Ulu Öndər Heydər Əliyevin Azərbaycanın gələcəyini etibar etdiyi siyasi davamçısı İlham Əliyevin böyük əzm, qətiyyət, iradə ilə ölkəni Ümummilli Liderin arzularındakı zirvəyə ucaltmasından duyduğu qürurunun bariz nümunəsi idi.

Bu fikirlər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə noyabrın 22-də Zaqatala Rayon İcra Hakimiyyəti, YAP Zaqatala rayon təşkilatı və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda elmi-praktik konfransda səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər.

Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov açaraq, Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb.

Konfransda rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanovanın “Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, böyük vətənpərvər, dünyanın ən böyük azərbaycanlısı Heydər Əliyevin həyatının amalını xalqımızın, ölkəmizin rifahı və tərəqqisi təşkil edib, sözün əsl mənasında, o, bu müqəddəs amal uğrunda ömrünü şam kimi əridib. Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə, xüsusilə 1993-cü ildən sonra ölkəni inkişaf etdirmək, eləcə də müstəqilliyini möhkəmləndirmək üçün misilsiz işlər görən müdrik rəhbər iqtisadiyyatımızın yüksəlişi üçün nəhəng layihələr gerçəkləşdirib, milli mənafelərimizin qorunması ilə bağlı dünya arenasında qətiyyətli siyasət yürüdüb.

“Şübhəsiz ki, bu dahi şəxsiyyətin xalqı, ölkəsi üçün həyata keçirdiyi ən mühüm missiya özündən sonra Azərbaycanı etibar edəcəyi İlham Əliyevin timsalında inamlı siyasi varis yetişdirməsi olub. Son 30 il ərzində Azərbaycanda ictimai, siyasi, iqtisadi, sosial, mədəni sahələrdə baş verən hərtərəfli tərəqqini ötəri analiz etsək, görərik ki, xalq olaraq necə çətin və mürəkkəb situasiyalardan, zamanın sınağından uğurla adlayaraq bugünkü müasir, qüdrətli və qalib Azərbaycanın vətəndaşlarına çevrilmişik”,- deyə məruzəçi qeyd edib.

Konfransda YAP rayon təşkilatının sədr müavini Fərid Ramazanov, partiya fəalı Ədalət Qurbanova, gənc fəal Aydın Məmmədov çıxış ediblər. Çıxışlarda Ulu Öndərin daxili və xarici siyasət kursunun, dövlət quruculuğu konsepsiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və yeni çalarlarla zənginləşdirildiyi vurğulanıb.

  

 

Qafqaz Müsəllmanları İdarəsinin təşkilatçılığı ilə Zaqatala İslam Kollecində “HEYDƏR ƏLİYEV-100 Ulu Öndər və Milli-Mənəvi Dəyərlərimiz” mövzusunda konfrans keçirilib.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, rayonun idarə və müəssisə rəhbərləri, Zaqatala İslam Kollecinin tələbələri iştirak etmişlər.

   İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndi. Sonra Ümummilli liderin, şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra tədbirdə Ulu Öndərə həsr edilmiş film nümayiş etdirildi.

Daha sonra çıxış edənlər Ulu Öndərin İslam dininə verdiyi dəyərdən, bu sahədə görduyu işlərdən,  din xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışmış, halzırda  ölkə rəhbəri tərəfindən İslam dininin dəyərlərinin qorunduğunu, din xadimlərinə göstərdiyi hörmət və qayğını tədbir iştirakçılarının nəzərinə çatdırdılar.

 

 

 

 

Keçidlər