Şriftin ölçüsü :

Saytın rəngi :

1969-1987

Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu.

Dövr baxımından, sözün əsl mənasında, qəhramanlığa bərabər belə bir addım məhz gələcəyin müstəqil, yeni Azərbaycanı naminə atılmışdır. Azərbaycan dilinin idarəçiliklə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin İttifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin Ümumittifaq miqyasında ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tətbiqi və nəşri – bütün bunlar Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir.

Ümumiyyətlə, Siyasi Bürodakı tutduğu mövqe hər şeydən öncə Azərbaycan və azərbaycanlı adına ucalıq gətirirdi. Əminliklə deyə bilərik ki, Azərbaycanın dövlət müstəqilliyi, iqtisadi inkişafı xarici iqtisadiyyatına daha dərindən inteqrasiya olunması 1970-1984-cü illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır. Məhz həmin illərdə Heydər Əliyevin səyi və inadkarlığı sayəsində SSRİ höküməti respublikamızda xalq təsərrüfatının hər tərəfli yüsəlişi və inkişafı üçün 5 xüsusi qərar qəbul etmişdir. Bu qərarlarda Azərbaycanın sosial-iqtisadi inkişafının əsasları müəyyənləşmiş, bütün sahələrdə məhsuldarlıq artmış, kənd və qəsəbələrimizin siması bütövlükdə dəyişmiş, ölkəmiz öz inkişafı ilə bütün dünyada tanınmağa başlamışdı.

Milli sərvətimiz olan neftin hasilatı və emalı sahəsində də 1970-1985-ci illərədə bir sıra mühüm işlər görülmüşdür. Heydər Əliyevin uzaqgörənliyi sayəsində ümumittifaq büdcəsindən ayrılan vəsait hesabına köhnə avadanlıq və texnalogiya əsasında işləyən neft emalı müəssisələrində iri miqyaslı yenidənqurma işləri həyata keçirilmişdir. Bugünkü, neft siyasətinin, neft strategiyasının təməli məhz o dövrdə qoyulmuşdur.

Bunlardan əlavə, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrə Heydər Əliyevin gərgin əməyi sayəsində göstərilən qayğı yalnız Azərbaycanın mənafeyinə xidmət edirdi.

Heydər Əliyev 1982-ci ilin noyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilmiş və SSRİ Nazirlər Soveti sədrinin l müavini təyin edilmiş və sovet dövlətinin aparıcı rəhbərlərindən biri olmuşdur.

Heydər Əliyev Moskvada işlədiyi vaxtlarda da həmişə Azərbaycanı düşünmüş onun taleyi ilə yaşamış, doğma respublikanın yalnız keçmiş SSRİ məkanında deyil, həm də dünyada tanınması üçün əlindən gələni etmişdir. O, 1987-ci ilin oktyabrında Sov.İKP MK Siyasi Bürosunun şəxsən baş katib Mixail Qorboçovun yeritdiyi səhv siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifədən istefa vermişdir.

Keçidlər